CƏMİYYƏT
Vladanka Andreyeva: Əlilliyi olan şəxslər qeyri-mütənasib şəkildə iqlim dəyişikliklərinin təsirinə məruz qalırlar
03.12.2024 [15:02]
Xəbərin mətni
Əlilliyi olan şəxslər dünya əhalisinin 16 faizini təşkil edir. Həmin qəbildən olan şəxslər qeyri-mütənasib şəkildə iqlim dəyişikliklərinin təsirinə məruz qalırlar. Odur ki, qlobal bəla ilə mübarizədə onların səsinin eşidilməsi, rəhbərlik keyfiyyətlərindən yararlanmaq vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş "Əlilliyi olan şəxslərin iştirakı ilə iqlim həllərinin təkmilləşdirilməsi" mövzusunda tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.