Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Mil-Muğan bölgəsində payız yağışı əkin sahələrində çıxışa müsbət təsir edib

03.12.2024 [15:42]

Xəbərin mətni

Son günlər Mil-Muğan bölgəsində müşahidə edilən intensiv yağıntılar mövsümi bitkilərə çox faydalı olub. Yağan yağışlar taxıl və otlaq sahələrinə can verib. Fermerlər deyir ki, yağıntının gələcəkdə bol məhsulla bərabər, həm də maldarlığın yem bazasına müsbət tərəfləri var.