CƏMİYYƏT
İqlim dəyişikliyi qarşısında uyğunlaşma və davamlılıq strategiyalarında inklüzivliyə üstünlük verilməsi zəruridir
03.12.2024 [17:14]
BMT-nin Azərbaycandakı nümayəndəliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr olunmuş “Əlilliyi olan şəxslərin iştirakı ilə iqlim həllərinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə dövlət qurumları, əlilliyi olan şəxslər və onların hüquqlarını müdafiə edən təşkilatların nümayəndələri, inkişaf tərəfdaşları və iqlimlə mübarizə üzrə fəallar iştirak edib. Tədbir zamanı iştirakçılar əlilliyi olan şəxslərin iqlim dəyişikliyi ilə bağlı qarşılaşdıqları çətinlikləri aşkar edərək inklüziv fəaliyyət vasitəsilə davamlılığı gücləndirmək üçün həll yollarını müzakirə ediblər.