CƏMİYYƏT
Sumqayıtdakı partlayışın şahidləri danışdı
03.12.2024 [18:45]
Günü heç də xoş xəbərlərlə açmadıq. Səhər saatlarında Sumqayıt 13-cü mkr-dan və Novxanı bağlarından partlayış xəbərləri eşitdik. Məlumata görə 2 nəfər Novxanıdan, 6 nəfər Sumqayıtdan olan sakinimiz xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sumqayıtda baş verən partlayışdan dərhal sonra saat 06:42 də FHN-ə məlumat verilib və əməkdaşlar hadisə yerinə üz tutublar.