Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Fiziki məhdudiyyətli şəxs: İstəyirik ki, cəmiyyət bizi başa düşsün

03.12.2024 [19:18]

Bütün dünyada hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü qeyd olunur. Zakir Gülmalıyev 16 ildir ki, fiziki məhdudiyyətlidir. Uşaq yaşında poliomielit xəstəliyi keçirən müsahibim deyir ki, bu xəstəlik onu əlil arabasına məhkum edib. Buna baxmayaraq, o, cəmiyyətdə özünə yer tapa bilib. Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmovun dəvəti ilə bu idman növü ilə məşğul olmağa başlayıb, bir-çox uğurlar qazanıb. Zakir Gülmalıyev deyir ki, əlil şəxslər fiziki cəhətdən digər insanlardan geri qala bilərlər, amma onlar ayrıseçkiliyə məruz qalmamalıdır.