Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Könüllülük Həftəsi”: 20 mindən çox könüllü ekoloji aksiyalar, sosial təşəbbüslər və maarifləndirici tədbirlər təşkil edəcək

05.12.2024 [18:09]

Xəbərin mətni

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2024”ə start verilib. Dekabrın 5-16-da keçiriləcək sayca 7-ci “Azərbaycan Könüllülük Həftəsi” Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.
AZƏRTAC xəbər verir ki, dekabrın 5-də “Azərbaycan Könüllülük Həftəsi 2024”ün başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.