Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda 8 minə yaxın kompüteri yoluxduran kiberqruplaşma ifşa edildi

05.12.2024 [19:32]

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan kiberqruplaşmanı ifşa edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumilikdə 270 min 741 kompüteri yoluxdurduğu aşkar edilib. Sözügedən hədəflərin 7 min 790-ı Azərbaycana məxsus kompüterlər olub.