Azərbaycan Vaşinqtonda keçirilən 11-ci Beynəlxalq Qış Sərgisində təmsil olunub
06.12.2024 [10:59]
Xəbərin mətni
Azərbaycanın ABŞ-dakı səfirliyi və Azərbaycan Evi Vaşinqtonda keçirilən 11-ci Beynəlxalq Qış Sərgisində iştirak edib.
AZƏRTAC-ın məlumatına görə, Ronald Reyqan binası və Beynəlxalq Ticarət Mərkəzində təşkil olunmuş tədbirdə 68 ölkənin diplomatik nümayəndəlikləri qatılıb. Sərgidən əvvəl səfirlər üçün qəbul təşkil edilib. Daha sonra tədbirin rəsmi açılış mərasimi olub. Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim sərginin media orqanına ABŞ-Azərbaycan münasibətləri, eləcə də ölkəmizin zəngin tarixi, mədəni irsi və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib.