Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nurəddin Mehdixanlı: 30 ildən sonra insanlarımız vətənə qayıdırlar

06.12.2024 [11:34]

Azərbaycanın teatr səhnəsində bir-birindən maraqlı obrazlar yaradan Xalq artisti Nurəddin Mehdixanlı Böyük Qayıdışla bağlı fikir və duyğularını bölüşüb. İşğaldan azad edilmiş ərazilərdə geri dönən həmvətənlərimizin sevincinə şərik olan tanınmış incəsənət ustası orada yaşanan rahatlığı görməyin vacibliyini xüsusi vurğulayıb.