CƏMİYYƏT
FAO-nun Romadakı mənzil-qərargahında “Azərbaycan otağı”
07.12.2024 [17:26]
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İtaliyanın paytaxtı Romadakı mənzil-qərargahında yerləşən “Azərbaycan otağı”nda ən müasir imkanlar yaradılıb. FAO-nun ofisində müxtəlif ölkələrin otaqları var. Burada MDB ölkələri arasında ilk dəfə məhz Azərbaycanın adını daşıyan otaq yaradılıb.
Otaqda ən qabaqcıl texnoloji avadanlıqla yanaşı, Azərbaycanın qədim mədəniyyətini əks etdirən əşyalar da var. Bu mənada otağın alov formalı divarları Odlar diyarını təcəssüm etdirir. Otağın tərtibatında Azərbaycanın milli ornamentlərindən, musiqi alətlərindən, xalçalarından istifadə olunub. FAO ilə Azərbaycanın birgə layihəsi olan bu otaqda təşkilatın fəaliyyəti üçün bütün şərait mövcuddur. Burada əməkdaşlar və qonaqlar üçün ən müasir imkanlar var.