İQTİSADİYYAT
Əli Əsədov: On bir ayda Azərbaycanda iqtisadi artım 4,1 faiz təşkil edib
16.12.2024 [17:08]
Xəbərin mətni
Azərbaycanda 11 ayda iqtisadi artım 4,1 faiz olub, o cümlədən qeyri-neft sektorumuz 6,4 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
Baş nazir deyib ki, strateji valyuta ehtiyatlarımız 72 milyard dolları ötüb. Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7,3 faizini təşkil edir.