CƏMİYYƏT
Bakıda “Media savadlılığı” konfransı keçirilib
17.12.2024 [14:23]
Xəbərin mətni
Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə dekabrın 17-də Bakıda “Media savadlılığı” konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Media savadlılığı” Həftəsi çərçivəsində təşkil olunmuş konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media savadlılığının artırılmasının kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı proses olduğunu, dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının, effektiv kommunikasiyasının vacibliyini, medianın məzmun istehsalında peşəkarlığının yüksəldilməsinin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını bildirib.