Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05.10.2026 [22:16]

Xəbərin mətni

Naxçıvan bu gün özünü elektrik enerjisi ilə təmin edir. Cari ildə muxtar respublikada istehsal və istehlak olunan enerjinin 60 faizi bərpaolunan mənbələr hesabına əldə edilib. Aprelin 24-dən iyulun 10-na qədər muxtar respublikada enerji almaq üçün bir kubmetr də olsun qaz yandırılmayıb, tələbat yalnız bərpa olunan mənbələrdən ödənilib. Bu, Naxçıvanın bərpaolunan enerji gücünü göstərir. Bunu AZƏRTAC-a və AZTV-yə eksklüziv müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib.