Balakəndə cücə ferması yanıb
08.01.2025 [17:51]
Xəbərin mətni
Balakənin Tülü kənd sakini Vüsal İsmayılovun həyətyanı sahəsində cücəyə baxmaq üçün tikdiyi 120 kvadratmetrlik tikilidə yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri Fövqəladə Hallar Nazirliyi Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən bildirir ki, yanğın barədə məlumat daxil olan kimi texnika və canlı qüvvə hadisə yerinə cəlb edilib.
Yanğın nəticəsində təsərrüfat sahibinə külli miqdarda ziyan dəyib. Belə ki, fermanın tavanı, dam örtüyü yanıb və sexdə olan 5 min cücə yanaraq tələf olub.