Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar davam edir

15.01.2025 [15:30]

20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı “Şəhidlər Xiyabanı”nda hazırlıq işlərinə başlanılıb. Belə ki, xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən ibarət xüsusi kompozisiyalar hazırlanır. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə hazırlıq işlərinə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub. Həmçinin ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, qazon örtüyü yenilənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır. Qeyd edək ki, hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.