CƏMİYYƏT
Astarada 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
24.01.2025 [11:25]
Xəbərin mətni
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 38 yaşlı A.Bəşirli və əvvəllər məhkum olunmuş 44 yaşlı N.Abbasov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan şəxslərdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 9 kiloqram marixuana aşkarlanıb.