Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Nohurgöldə batan şəxsin meyiti tapılıb

24.01.2025 [13:04]

Xəbərin mətni

Ötən gün Qəbələdə Nohurgöldə bir nəfərin batması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları axtarış-xilasetmə işlərinə cəlb olunmuşdu.
AZƏRTAC-ın bölgə müxbiri Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu bu gün səhər saatlarında göldə axtarışları davam etdirib.
Həyata keçirilən tədbirlərlə 40 yaşlı İlham Qəribovun meyiti Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.