CƏMİYYƏT
Şirvanda 5 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
24.01.2025 [13:10]
Xəbərin mətni
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş T.Vəliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, adıçəkilən şəxsdən 5 kiloqram marixuana və metamfetamin götürülüb.