Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Saatlıdakı aqroparkda nar bağının ərazisi daha 100 hektar artırılacaq – mövsüm hazırlığı

24.01.2025 [15:06]

Xəbərin mətni

Saatlı rayonu ərazisində yerləşən və dövlət dəstəyi hesabına yaradılan aqroparkda növbəti mövsüm ilinə hazırlıq işləri görülür. Aqropark ərazisində 200 minə yaxın ağacın budanması və əlavə 120 min tingin əkilməsi işləri aparılır. Yanvar ayından başlayan işlərin mart ayına kimi başa çatması nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azadkənd kəndi ərazisindəki İD aqroparkının ərazisi 7 min hektara yaxındır və burada əsas hissəni bağçılıq təşkil edir. Hazırda aqroparkın nar bağlarında mövsümə hazırlıq işləri görülür. Sahəsi 280 hektar olan bağdakı ağaclar budanır, həmçinin cavan ağaclardan yeni tinglərin artırılması üçün çiliklər seçilir.