CƏMİYYƏT
“Hərbçilər qardaşımın barmağını kəsib nişan üzüyünü götürmüşdülər” - Neftçalanın Qara Yanvarı
25.01.2025 [11:19]
Xəbərin mətni
1990-cı ilin Yanvar hadisələri. Sovet qoşunları Bakıdakı qırğınlardan sonra bölgələrdə də qətliam törətdilər. Yanvarın 25-də Neftçala rayonuna ağır texnikalar yeridildi, əliyalın insanlar öldürüldü, günahsız insanlara işgəncələr verildi. Həmin gün rayonun 2 sakini şəhid oldu, 10-dan çox insan güllə yarası aldı, 50 nəfər həbs edilərək Bakıya aparıldı.
AZƏRTAC xəbər verir ki, yanvarın 25-də axşam sovet hərbçiləri rayon mərkəzinə irəliləyərək əliyalın insanlara atəş açır, binaları gülləbaran edirdilər. Torpaqlarımızın işğalına göz yuman sovet rəhbərliyinin məkrli siyasətinə qarşı çıxan silahsız insanların üzərinə sovet əsgərləri tanklarla, BTR-lərlə gedərək, yoldan ötənləri güllələyir, döyür, vurur, əzirdilər.