Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

25.01.2025 [13:31]

Xəbərin mətni

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana uyğun olaraq, hərbi vəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.

Məşğələlər tibb hazırlığı üzrə şəxsi heyətin maarifləndirilməsi və fəaliyyətlər zamanı ilkin tibbi yardımın düzgün və vaxtında göstərilməsi üçün praktiki məşqlərin yerinə yetirilməsi ilə davam edib.

Sonra təlimə cəlb olunan heyətlə atəş hazırlığı məşğələləri keçirilərək, onlara atıcı silahların və əl qumbaraatanlarının taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilib və praktiki atış çalışmaları icra edilib.