CƏMİYYƏT
Şəmkirdə beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
25.01.2025 [15:57]
Xəbərin mətni
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb. Hərəkətdə olan “Niva” ilə VAZ 2106 markalı minik maşınları toqquşub. Qəza zamanı 5 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.