Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Baş prokuror: 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb

27.01.2025 [10:44]

Xəbərin mətni

“2024-cü ildə ölkədə 33 min 379 cinayət qeydə alınıb”.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib. Baş prokuror bildirib ki, 2024-cü il ərzində 2023-cü illə müqayisədə 3432 (9,3%) fakt cinayət az qeydə alınıb.