Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Onlayn mediada vətəndaşı şantaj edən şəxs həbs olunub

27.01.2025 [11:34]

Xəbərin mətni

Vətəndaş barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 19500 manat pul tələb edən 51 yaşlı B.Şıxalıyev Hacıqabulda saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun üzərindən zərərçəkəndən hədə-qorxu ilə əldə etdiyi pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.