Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Saatlıda narkotiklərin satışı ilə məşğul olan üç nəfər saxlanılıb

27.01.2025 [11:54]

Xəbərin mətni

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən rayon sakinləri S.Astanov, İ.Fətullayev və A.Qarayev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxslərdən 2 kiloqram marixuana, çətənə toxumları və 1 ədəd elektron tərəzi aşkarlanıb.