CƏMİYYƏT
Ağcabədidə ödəmə terminalından oğurluq edən şəxs saxlanılıb
27.01.2025 [13:08]
Xəbərin mətni
Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazalardan birində olan ödəmə terminalından 10 min 225 manat və müşahidə kamerasının yaddaş qurğusunun oğurlanması barədə məlumat daxil olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, keçirilmiş tədbirlər nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zahir Puri saxlanılıb. Onun yaşadığı ünvandan oğurladığı pulun bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.