CƏMİYYƏT
Bələdiyyə seçkiləri: Cənub bölgəsində seçicilər bələdiyyə üzvlərini seçirlər
29.01.2025 [11:04]
Xəbərin mətni
Ölkəmizin digər bölgələrində olduğu kimi, cənub bölgəsində də seçicilər bələdiyyə üzvlərini seçmək üçün məntəqələrə gələrək səs verirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səsvermə prosesi Lənkəran şəhərində də yüksək əhvali-ruhiyyə ilə başlayıb. 77 saylı Lənkəran seçki dairəsinin 24 saylı seçki məntəqəsinin sədri İlqar Paşayev bildirib ki, məntəqə üzrə 855 seçici qeydiyyata alınıb. Hazırda seçicilər məntəqəyə gələrək səs vermək hüququndan istifadə edirlər.