Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gəncədə bələdiyyə seçkiləri 4 DSK üzrə 158 məntəqədə keçirilir

29.01.2025 [14:06]

Xəbərin mətni

Ölkəmizdə keçirilən bələdiyyə seçkiləri ilə bağlı 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy dairələri üzrə məntəqələrdə səsvermə keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhəri üzrə ümumilikdə 158 seçki məntəqəsi mövcuddur. Səsvermə hüququ olan vətəndaşların sayı 181 min 247 nəfərdir. Gəncə şəhər Kəpəz və Nizami bələdiyyələrinə, ümumilikdə, 38 üzv seçiləcək ki, bu yerlər üçün də 4 DSK üzrə 84 nəfər mübarizə aparır.