Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ağsuda səsvermədə şəffaflığı təmin etmək üçün bütün zəruri tədbirlər görülüb

29.01.2025 [17:57]

Xəbərin mətni

90 saylı Ağsu seçki dairəsi 62 məntəqəni əhatə edir. Bu gün dairə üzrə səsvermə hüququ olan 51865 seçici bələdiyyə seçkilərində öz namizədlərinə səs verir.
Dairə seçki komissiyasının sədri Azad Dursunəliyev AZƏRTAC-a bildirib ki, səsvermənin təlimata uyğun keçirilməsi, hər kəsin öz fikrini sərbəst, demokratik şəraitdə ifadə etməsi, istədikləri namizədə səs verməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqəyə gələ bilməyən seçicilər üçün səyyar qutular da ayrılıb. 113 nəfər səsvermə hüququndan ilk dəfə istifadə edəcək.