Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İqdırda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı olub

30.01.2025 [15:58]

Xəbərin mətni

Türkiyənin Azərbaycanla həmsərhəd İqdır vilayətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş “İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə İqdırda fəaliyyət göstərən “Azərbaycan Evi”nin rəhbəri Serdar Ünsal, bu vilayətdəki Azərbaycan Dili, Tarixi və Mədəniyyətinə Dəstək və İnkişaf Cəmiyyətinin sədri Ziya Zakir Acar, İqdır Universitetinin prorektoru Receb Gülşen, vilayətin Səhiyyə idarəsinin başçısı Reşat Eyikudoğramaçı, sabiq bələdiyyə sədri Ali Ağrı, siyasi partiyalar, ictimai birliklərin nümayəndələri, sahibkarlar, jurnalistlər, kitabsevənlər iştirak ediblər.