CƏMİYYƏT
Şimal bölgəsində bir gündə 8 min ağac əkilib
01.02.2025 [19:41]
Xəbərin mətni
Bu gün Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında 8 mindən artıq ağac əkilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, meşəbərpa tədbirləri açıq və seyrək ərazilərdə keçirilib. Qubadakı ağacəkmə aksiyası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə baş tutub. Meşəbərpa tədbirləri zamanı ümumilikdə 8 mindən artıq palıd, cökə, Eldar şamı və qoz tingi əkilib.