53 ölkədən bu məhsulların idxalı məhdudlaşdırılıb
06.02.2025 [18:26]
Son illərdə dünyada quş qripi xəstəliyinin yayılması ciddi narahatlıq doğurur. Xəstəlik təkcə quşlar arasında deyil, bəzi məməlilərə də təsir edir. Bununla yanaşı, virusun genetik xüsusiyyətlərində baş verən dəyişikliklər, yeni mutasiyalar və xəstəliyin coğrafiyasının genişlənməsi epidemioloji vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən, quş qripi qeydə alınan bölgələrdən bəzi məhsulların idxalına məhdudiyyətlər tətbiq edilib.