Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan badminton millisi Avropa çempionatında ilk oyununu keçirib

12.02.2025 [16:24]

Xəbərin mətni

Azərbaycan badminton millisi Bakıda ilk dəfə təşkil olunan qarışıq komandaların Avropa çempionatında ilk oyununu keçirib. AZƏRTAC xəbər verir ki, birinci qrupda yer alan yığma Bakı İdman Sarayında İngiltərə seçməsi ilə qarşılaşıb. Milli komanda gərgin və maraqlı mübarizə şəraitində keçən matçda rəqibinə 2:3 hesabı ilə uduzub.