Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Qazaxıstanlı nazir: Qarabağ Universitetinə azı 10 müəllim göndərəcəyik

04.03.2025 [16:06]

Xəbərin mətni

Qazaxıstanın və Azərbaycanın rəhbərləri strateji əməkdaşlıq və təhsil sahəsində çox dəqiq istiqamətlər müəyyən ediblər. Elm bu vacib sahələrdən biridir və biz bu sahədə çox irəliləyiş əldə etmişik. Hər il azərbaycanlı tələbələrin Qazaxıstanda təhsil alması üçün 12 tam təqaüd təqdim edirik. Elm və təhsil sahəsində iki ölkə arasında imzalanan yeni saziş mübadilə, birgə elmi tədqiqatlar və nəşrləri özündə ehtiva edir.