ADA Universitetinin əcnəbi tələbəsi: Azərbaycanda təhsil almağı başqalarına da tövsiyə edərdim
06.03.2025 [18:36]
Xəbərin mətni
Azərbaycanda ali məktəblərin təqdim etdiyi bir sıra proqramlar xarici ölkələrdən olan gənclərin də diqqətini cəlb edir. Belə ali təhsil müəssisələrindən biri də ADA Universitetidir. 2024-2025-ci tədris ilində bu ali təhsil müəssisəsinə 18 ölkədən 92 xarici tələbə qəbul edilib. Ümumilikdə isə ADA Universitetində 49 ölkədən əcnəbi tələbələr təhsil alır. Universitetin informasiya texnologiyaları və mühəndislik fakültəsində təhsil alan çexiyalı tələbə Voytex Yunek AZƏRTAC-a müsahibəsində ADA-da olan təhsil mühiti və Azərbaycan barədə təəssüratlarını bölüşüb. Müsahibəni təqdim edirik.