Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azər Aydəmir: Təşəbbüs qrupu Mədəniyyət Nazirliyinə üç layihə təqdim edib

10.03.2025 [13:21]

Xəbərin mətni

Kino sahəsində baş verən yeniliklərə və inkişaf prosesinə dəstək verən, bundan sonra “təşəbbüs qrupu” adlandırılacaq bir neçə nəfərdən ibarət bu qrupun üzvləri olaraq, kinematoqrafiyanın inkişafı naminə yeniliklərin tərəfdarıyıq və onların həyata keçirilməsi üçün çalışırıq. Təşəbbüs qrupu Mədəniyyət Nazirliyinə üç layihə təqdim edib. Həmin layihələr müasir müstəqil Azərbaycan kinosunun inkişafı üçün zəruridir. Bu layihələr bu gün keçiriləcək "Cinema Talks" (“Kino müzakirələri”) adlı panel müzakirəsində səsləndiriləcək.