Londonda “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimatı keçirilib
12.03.2025 [19:21]
Xəbərin mətni
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Londonda Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azıx mağarası – Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, kitab tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun həmmüəllifliyi ilə hazırlanıb və nazirliyin dəstəyi ilə yenicə ingilis dilində nəşr olunub. Tədbirdə diplomatlar, alimlər, media nümayəndələri və tarixə maraq göstərən qonaqlar iştirak ediblər.