Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçayda ev yanıb

18.03.2025 [23:36]

Xəbərin mətni

Göyçay rayonunda yanğın baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Müskürlü kəndində qeydə alınıb. Belə ki, otlaq və örüş sahəsi arasında başlayan yanğın daha sonra kəndə doğru irəliləyib. Kəndin ətrafında olan ağaclar və otlaq sahələri yanıb. Yanğın daha sonra kənddəki evlərdən birinə keçib. Nəticədə vətəndaşa məxsus birmərtəbəli ev bütün əşyaları ilə birlikdə yanaraq kül olub.