Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmaz rayonunda “Sehrli Novruz” adlı bayram şənliyi keçirilib

19.03.2025 [01:31]

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Xaçmaz rayonunda ümumrayon şənliyi keçirilib. Novruz atributları və rəmzləri ilə bəzədilmiş park sakinlərə əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Bayram tədbirdə Novruz tonqalı alovlandırılıb. Milli geyimli qızlar və oğlanlar tonqalın ətrafında dövrə vuraraq yallı gediblər.