Azərbaycan Dövlət İnformasiya Agentliyi

Martın 21-i Türkiyədə Baharın və Qardaşlığın Bayramı Günü elan edilib

21.03.2025 [21:32]

Xəbərin mətni

Novruz bayramı İstanbulun Haliç Konqres Mərkəzində təntənəli şəkildə qeyd olunub. AZƏRTAC xəbər verir ki, təntənəli bayram proqramında Türkiyənin dövlət rəsmiləri ilə yanaşı, diplomatik korpusun və Türkiyədəki türkdilli xalqların nümayəndələri, eləcə də Türk dövlətləri arasında ortaq fəaliyyət göstərən rəsmi qurumların rəhbərləri iştirak ediblər.