ABŞ-ın yeni tariflərinin Azərbaycana təsirləri olacaqmı?
04.04.2025 [16:32]
ABŞ Prezidenti Donald Trampın yeni tariflər tətbiq etdiyi ölkələr siyahısında Azərbaycan da yer alır. Belə ki, Azərbaycandan Birləşmiş Ştatlara ixrac olunan məhsullara 10% tarif tətbiq olunacaq. Bəs maraqlıdır yeni tarifin ölkə iqtisadiyyatına hansı təsirləri olacaq? Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə Azərbaycan xarici ticarətdə ABŞ ilə mənfi saldoya malik olsa da, ümumilikdə iki ölkə arasındakı ticarət dövriyyəsi son illərdə artıb.