Ağdaban faciəsindən 33 il ötür
08.04.2025 [20:03]
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndi erməni terroruna məruz qaldı. Gecə yarısı erməni silahlıları kəndi mühasirəyə aldı. 130 evdən ibarət Ağdaban kəndi yandırılaraq yer üzündən silindi. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi, 67 nəfər qətlə yetirildi, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırıldı.