Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev ADA forumunda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına toxunub

09.04.2025 [15:09]

Xəbərin mətni

Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub. “Əlbəttə, biz faciəvi hadisələri unuda bilmərik”, - deyən dövlətimizin başçısı həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini bildirib. Bu hadisədən iki il keçdiyini və hadisəni törədənin hələ də cəzalandırılmadığını bildirən Prezident qeyd edib: “Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar”.

Bölmənin digər videoları