ABŞ Prezidenti məktubda hansı məsələlərə toxunub
11.04.2025 [17:14]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda mühüm məsələlərə toxunulub. Tramp ölkələrimizin birgə işləmək sahəsində zəngin tarixə malik olduğunu vurğulayıb və qarşıdan gələn illərdə bu istiqamətdə münasibətlərimizin daha da inkişaf edəcəyinə, birgə əldə edə biləcəyimiz uğurlara diqqət çəkib. Həmçinin, Birləşmiş Ştatların Prezidenti Azərbaycanla işləməyi səbirsizliklə gözlədiyini qeyd edib. Ekspertlər hesab edir ki, bütün bunlar ABŞ-Azərbaycan əməkdaşlığının növbəti 4 il ərzində dərinləşəcəyindən xəbər verir.