Antalya Diplomatiya Forumu vacib beynəlxalq platformaya çevrilib
14.04.2025 [17:04]
Müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirən Antalya Diplomatiya Forumu son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından vacib beynəlxalq platformaya çevrilib. Bu il də forumda iştirakçılıq olduqa yüksək səviyyədə olub. Üç gün davam edən IV Antalya Diplomatiya Forumuna dünyanın 155 ölkəsindən ümumilikdə altı mindən artıq iştirakçı qatılıb. “Parçalanmış dünyada diplomatiyanı bərpa etmək” başlığı altında keçirilən forumda müxtəlif panel iclasları, toplantılar çərçivəsində bəşəri problemlər-irqçiliklə mübarizə, qadın hüquqlarının qorunması mövzularında müzakirələr aparılıb.