Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa regionda ədavəti qızışdırmaqla nəyə nail olmağa çalışır?

15.04.2025 [17:45]

Özünü dünyaya demokratiyanın beşiyi, insan hüquqlarının müdafiəçisi kimi sırımağa çalışan Fransa XXI əsrdə neokolonializm siyasəti yürüdür. Həm də, bunu beynəlxalq ictimaiyyətin gözü qarşısında ən amansız və sərt şəkildə həyata keçirir. Fransa dənizaşırı əraziləri adı altında əsarətdə saxladığı bölgələrdə milli azadlıq hərəkatlarını, müstəqillik çağırışlarını qan içində boğur, yerli əhalinin əhəmiyyətli bir hissəsinin ən adi hüquqlarını pozur. Bu gün Fransa və bu ölkənin yürütdüyü amansız siyasətə kor olan, dənizaşırı ərazilərdə yaşananlara münasibət belə bildirməyə ehtiyac duymayanlar nədənsə Azərbaycanın timsalında müstəqil siyasət yürüdən ölkələri hədəf alır.

Bölmənin digər videoları