Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Aqrar Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

15.04.2025 [19:01]

Xəbərin mətni

Naxçıvan Dövlət Universitetinin (NDU) rəhbərliyi Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində NDU-nun rektoru Elbrus İsayev, Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Bəhruz Məmmədov və Baytarlıq təbabəti kafedrasının əməkdaşı Bəhruz Bayramov ADAU-nun rəhbərliyi ilə görüşüblər.