Azərbaycan-Gürcüstan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir
16.04.2025 [15:58]
Azərbaycan və Gürcüstan möhkəm dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Güclü təməllər üzərində qurulan, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimiz bu gün də hərtərəfli və uğurla inkişaf edir. Bu ölkənin rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycan Gürcüstan üçün dəyərli dost, etibarlı tərəfdaş və qardaş ölkədir.