Kamran İmanov: Konfransın keçirilməsində məqsədimiz hay-erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa etməkdir
22.04.2025 [14:36]
Xəbərin mətni
Konfransın keçirilməsində məqsədimiz xüsusən əqli mülkiyyətə, kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz, hay-erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir. Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-hay hiylə və fitnələri” mövzusunda konfransa dair keçirdiyi brifinqdə söyləyib.