Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Kəmər və yol” təşəbbüsü çərçivəsində ölkəmiz Çinlə əməkdaşlığı genişləndirir

22.04.2025 [18:01]

Azərbaycan-Çin münasibətləri öz inkişafında tamamilə yeni mərhələyə qədəm qoyub. Ötən il Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” nin qəbul olunması münasibətlərimizin inkişafına mühüm töhfə verdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşün yekunlarına dair qəbul edilən Birgə Bəyannaməni tarixi hadisə adlandırır və bu sənədin Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdığını bildirir.